İtaliya A Seriyası: “Napoli”-“İnter” - favoritlərin dueli, “Yuventus” Romaya yollanır - İDMAN.BİZ-in İCMALI

Xəbərlər
25 Oktyabr 2025 17:28
42
İtaliya A Seriyası: “Napoli”-“İnter” - favoritlərin dueli, “Yuventus” Romaya yollanır - İDMAN.BİZ-in İCMALI

İtaliya A Seriyasının VIII turu turnir cədvəlinin yuxarı hissəsində qərarlaşan komandalar arasında bir sıra maraqlı qarşılaşmalarla yadda qalacaq.

İdman.Biz İtaliya çempionatının VIII turunun əsas oyunlarını təqdim edir.

“Napoli” - “İnter” (25 oktyabr)

A Seriyasının səkkizinci turunun mərkəzi qarşılaşması. Meydan sahibləri bu oyuna “Torino”ya səfərdə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra çıxır. Həmin matçda Noa Lanqın oyunun sonlarında vurduğu qol VAR tərəfindən ləğv edilmişdi. “İnter” isə əvvəlki turda “Roma” üzərində vacib 1:0 hesablı qələbə qazanıb.

Heyət baxımından “Napoli”də qapıçı Aleks Meret (ayaq pəncəsində sınıq) sıradan çıxıb, komandanın ən məhsuldar oyunçusu Rasmus Hoylundun da meydana çıxmayacağı gözlənilir. İtaliya mətbuatı həmçinin Stanislav Lobotka və Amer Rahmaninin də müəyyən problemlərlə üzləşdiyini yazıb.

Qonaqlarda isə Markus Tyuram komandasına kömək edə bilməyəcək. Hücumda Lautaro Martinesin yanında Anje-Yoan Bonni və ya Frankesko Pio Espozito çıxış edə bilər. Bundan başqa, Matteo Darmian və bir neçə ehtiyat oyunçu da zədəlilər sırasındadır.

“Latsio” - “Yuventus” (26 oktyabr)

“Latsio” ötən həftə “Atalanta” ilə səfərdə qolsuz heç-heçə edib (0:0). “Yuventus” isə “Komoya” səfərdə 0:2 hesabı ilə uduzub və Romada bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Meydan sahiblərində Tati Kastelyanos zədə səbəbindən oynaya bilməyəcək, həmçinin Nikolo Rovella və Samüel Jigo da itkilər sırasındadır. “Yuventus”da müdafiənin lideri Qleysan Bremer sıradan çıxıb, həmçinin cinah müdafiəçisi Xuan Kabalın da meydana çıxmayacağı bildirilir.

“Fiorentina” – “Bolonya” (26 oktyabr)

“Fiorentina” son turda “Milan”a 1:2 hesabı ilə məğlub olub, “Bolonya” isə “Kalyari”ni 2:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.

“Fiorentina”nın heyətində Kristian Kuame, Tarek Lempte zədəlidir, Amir Riçardson isə bel ağrılarından əziyyət çəkir. “Bolonya”da isə profil portallarının məlumatına görə, yeganə itki Çiro İmmobiledir.

“Sassuolo” – “Roma” (26 oktyabr)

“Roma” son vaxtlar çətin oyunlar seriyasından keçir və ötən tur “İnter”ə 0:1 hesabı ilə uduzub. Səfər ərəfəsi paytaxt mətbuatı Manyu Koneyin ciddi zədədən qaçdığını və heyətə dönməyə hazır olduğunu yazıb.

“Roma”nin zədəlilər siyahısında Yan Ziolkovski və Anxelinyonun adları var. “Sassuolo” isə Danilo Boloke, Tarik Muxaremoviç və Edoardo Pyeranyolodan məhrum ola bilər.

“Kremoneze” – “Atalanta” (25 oktyabr)

“Atalanta” bu tura “Latsio” ilə qolsuz heç-heçədən (0:0) sonra gəlir. Qonaqlarda Corco Skalvini və Mitçel Bakker müalicələrini davam etdirir, Sead Kolaşinatsın iştirakı isə sual altındadır.

“Kremoneze”nin baş məşqçisi Davide Nikola bildirib ki, qapıçı Emil Audero bərpa prosesini tamamlayıb və oyuna daxil ediləcək. Mikkele Kollokolo və Faris Mumbanga isə hələ də şübhəlidir.

Digər oyunlar və turnir cədvəli

“Milan” – “Piza” (24 oktyabr) – 2:2

“Parma” – “Komo” (25 oktyabr)

“Udineze” – “Leççe” (25 oktyabr)

“Torino” – “Cenoa” (26 oktyabr)

“Verona” – “Kalyari” (26 oktyabr)

Turnir cədvəli:

“Milan” – 17 xal

“İnter” – 15

“Napoli” – 15

“Roma” – 15

“Bolonya” – 13

“Komo” – 12

“Yuventus” – 12

“Atalanta” – 11

“Sassuolo” – 10

“Kremoneze” – 10

“Udineze” – 9

“Latsio” – 8

“Kalyari” – 8

“Torino” – 8

“Parma” – 6

“Leççe” – 6

“Piza” – 4

“Verona” – 4

“Fiorentina” – 3

“Cenoa” – 3

Teymur Tuşiyev

İdman.Biz