Qadın futbol millimiz Qazaxıstanı məğlub edib - YENİLƏNİB + FOTO

Xəbərlər
24 Oktyabr 2025 20:45
170
Qadın futbol millimiz Qazaxıstanı məğlub edib - YENİLƏNİB + FOTO

Hazırda Qazaxıstanda təlim-məşq toplanışında olan Azərbaycan qadın futbol milli komandası ilk yoldaşlıq oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, Azərbaycan komandası ev sahiblərini 2-1 hesabı ilə məğlub edib.

Oyun Şımkentdəki stadionda baş tutub. Azərbaycan komandasının qollarını Esra Manya (27-ci dəqiqədə) və Sevinc Cəfərzadə (82-ci dəqiqədə) vurub.

Komandalar arasında ikinci oyun 27 oktyabrda keçiriləcək.

10:54

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirəcək.

Bu barədə İdman.Biz-ə AFFA-dan məlumat verilib.

A milli Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

24 oktyabr
Qazaxıstan - Azərbaycan
Çimkənd şəhər stadionu. Saat 18:00
Baş hakim: Gulşoda Saidkulova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Roziyabonu Yusupova
(Hakimlər briqadası Özbəkistandandır)

İdman.Biz