“Qarabağ”ın rəqibi Bakıda “Hekken”dən ayrılacaq

Xəbərlər
9 Dekabr 2023 14:41
610
“Qarabağ”ın rəqibi Bakıda “Hekken”dən ayrılacaq

“Qarabağ”ın Avropa Liqasında rəqibi olan İsveç “Hekken”inin baş məşqçisi Per-Matias Hoqmo komandadan ayrılacaq.

İdman.biz xəbər verir ki, mütəxəssis karyerasını Yaponuyada davam etdirəcək.

O, "Urava"da işləyəcək.

Klublar arasında razılığa əsasən, mütəxəssis “Hekken”i “Qarabağ”a qarşı Bakıdakı oyuna çıxartdıqdan sonra postundan gedəcək.

Qeyd edək ki, “Qarabağ” – “Hekken” görüşü dekabrın 14-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz