Aleksey Kaşukun əldən verdiyi qol epizodu gündəm oldu - FOTO

Xəbərlər
23 Oktyabr 2025 09:47
86
Aleksey Kaşukun əldən verdiyi qol epizodu gündəm oldu - FOTO

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Qarabağ” səfərdə “Atletik”ə (Bilbao) 3:1 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, Ukrayna mətbuatı ikinci hissədə “Qarabağ”ın heyətində oyuna daxil olan Aleksey Kaşuk barədə yazıb.

Ukraynanın Sport.Ua portalı hücumameylli yarımmüdafiəçinin Çempionlar Liqası oyununda “Atletik”ə qarşı 24 dəqiqə oynamaq şansı əldə etdiyini və qol vurmaq üçün yaxşı fürsət yaxaladığını qeyd edib.

Xatırladaq ki, ötən gecə baş tutan qarşılaşmanın 84-cü dəqiqəsində Abdulla Zubirin ötürməsini qəbul edən ukraynalı futbolçu qol vurmağa yaxın olsa da, “Atletik”in müdafiəçisi Yuri Berçiçe topu qapı xəttindən çıxara bilib.

İdman.Biz