Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqası matçlarının CƏDVƏLİ

Xəbərlər
16 Oktyabr 2025 15:45
41
Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqası matçlarının CƏDVƏLİ

Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi açıqlanıb.

Bu barədə İdman.Biz-ə AFFA-nın mətbuat xidmətindən bildirilib.

Oktyabrın 17-də startı veriləcək və üç gün davam edəcək turnirdə beş komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

17 oktyabr

13:00. Azərbaycan – Belçika

15:00. İsrail – Ukrayna

17:00. Niderland – Belçika

18 oktyabr

11:00. Ukrayna – Niderland

13:00. Azərbaycan – İsrail

15:00. Ukrayna – Belçika

17:00. İsrail – Niderland

19 oktyabr

11:00. Azərbaycan – Niderland

15:00. Belçika – İsrail

17:00. Azərbaycan - Ukrayna

Qeyd edək ki, turnirin bütün oyunları "Bayıl Arena"da keçiriləcək.

İdman.Biz