DÇ-2026-nın seçmə mərhələsi: Daha səkkiz oyun keçirilib - YENİLƏNİB

Xəbərlər
14 Oktyabr 2025 01:29
312
DÇ-2026-nın seçmə mərhələsi: Daha səkkiz oyun keçirilib - YENİLƏNİB

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.

İdman.Biz xəbər verir ki, A, B, D, J qruplarında ümumilikdə səkkiz görüş baş tutub.

Ukrayna ilə qarşılaşan Azərbaycan millisinin yer aldığı D qrupunda İslandiya Fransanı qəbul edib.

İsveç evdə Kosovo ilə üz-üzə gəlib. Belçika Uelsin, Almaniya isə Şimali İrlandiyanın qonağı olub.

DÇ-2026
Seçmə mərhələ
13 oktyabr
A qrupu

Şimali İrlandiya - Almaniya - 0 :1

Slovakiya - Lüksemburq - 2:0

Xal durumu: Almaniya - 9, Slovakiya - 9, Şimali İrlandiya - 6, Lüksemburq - 0.

B qrupu

İsveç - Kosovo - 0:1

Sloveniya - İsveçrə - 0:0

Xal durumu: İsveçrə - 10, Kosovo - 7, Sloveniya - 3, İsveç - 1.

D qrupu

İslandiya - Fransa 2:2

Ukrayna - Azərbaycan 2:1

Xal durumu: Fransa - 10, Ukrayna - 7, İslandiya - 4, Azərbaycan - 1.

J qrupu

Uels - Belçika - 2:4

Şimali Makedoniya - Qazaxıstan - 1:1

Xal durumu: Belçika - 14, Şimali Makedoniya - 13, Uels - 10, Qazaxıstan - 7, Lixtenşteyn - 0.

İdman.Biz