İngiltərənin “Nyukasl” futbol klubu 18 yaşlı yarımmüdafiəçi Osman Diabateni Türkiyənin “Gənclərbirliyi” klubundan transfer olunduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, İngiltərə klubu gənc futbolçu üçün 2,5 milyon avro (5 milyon manat) ödəyib.
Transfer rəsmiləşdikdən sonra Diabate “Gənclərbirliyi”nə qayıdıb və çıxışını burada icarə əsasında davam etdirəcək.
Yarımmüdafiəçi 2025-ci ilin dekabrında ölkəsindən Türkiyə klubuna qoşulub.
Ötən mövsüm o, Türkiyə çempionatı və kubokunda “Gənclərbirliyi”nin əsas komandasının heyətində 7 oyun keçirib. Diabate həmçinin iyunda Şimali İrlandiyaya qarşı yoldaşlıq oyununda iştirak etməklə Qvineya milli komandasında debüt edib.
