“Sabah” Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsini təqdim etdi

1 Sentyabr 2026 21:35
123
“Sabah” Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsini təqdim etdi

“Sabah” klubu Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdman.Biz UEFA-ya istinadən xəbər verir ki, siyahıda 26 futbolçunun adı yer alıb.

Onlardan 23-ü A, 3-ü isə B siyahısına daxil edilib. Klub hələlik iştirak ərizəsində dəyişiklik etməyi planlaşdırmır.

Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov (B), Stas Pokatilov, Rəvan Mirzəmmədov (B).

Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka.

Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov (B).

Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Sabah” burada “Barselona”, “Borussiya Dortmund”, “Napoli” və “Slaviya Praqa” ilə evdə, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə isə səfərdə qarşılaşacaq.

Azərbaycan çempionu əsas mərhələdə ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

İdman.Biz