"Qəbələ"ni "İmişli" ilə oyuna hazırlaşdıran mütəxəssislər açıqlanıb

1 Sentyabr 2026 21:01
507
"Qəbələ"ni "İmişli" ilə oyuna hazırlaşdıran mütəxəssislər açıqlanıb

Ötən gün gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadze ilə yolları ayıran "Qəbələ" Misli Premyer Liqasının IV turunda "İmişli"yə qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.

İdman.Biz kluba-a istinadən xəbər verir ki, komanda qarşıdakı matça Amil Ağacanov – Miloş Yevtiç məşqçilər duetinin rəhbərliyi altında hazırlaşır.

"Qəbələ" – "İmişli" qarşılaşması sentyabrın 4-də, saat 18:00-da start götürəcək.

İdman.Biz