"Şimal" klubu daha bir afrikalı futbolçunu heyətinə qatıb

1 Sentyabr 2026 20:53
95
"Şimal" klubu daha bir afrikalı futbolçunu heyətinə qatıb

Azərbaycan birinci Liqasında çıxış edən "Şimal" klubu heyətinə daha bir afrikalı futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Kot-dİvuardan olan 23 yaşlı müdafiəçi Moussa Diallo ilə bir mövsümlük müqavilə imzalanıb.

Xatırladaq ki, "Şimal" daha əvvəl nigeriyalı Umar Abubakarla anlaşıb.

İdman.Biz