Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.
İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu milli komandamız 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gəlib.
İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).
Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.
09:28
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında pley-off oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda 1/8 finalda Türkiyə yığması ilə qarşılaşacaq.
Görüş İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını səkkiz xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, Türkiyə millisi Avropanın hazırkı çempionudur. 2023-cü ildə keçirilən son qitə çempionatının finalında türkiyəli voleybolçular Serbiya yığmasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olublar.
