İtaliya Kubokunun ilk mərhələsinin oyunları çərçivəsində “Udineze” doğma meydanında “Venesiya”nı 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Bluenergy Stadium”da keçirilən görüşdə hesabı 9-cu dəqiqədə qonaqların futbolçusu Rişi Saqrado açıb. “Udineze” 34-cü dəqiqədə Vakun Bayonun qolu ilə tarazlığı bərpa edib.
İkinci hissədə meydan sahibləri daha bir qol vuraraq geridönüşü tamamlayıblar. 53-cü dəqiqədə yenidən fərqlənən Bayo dublunu rəsmiləşdirib və komandasına 2:1 hesablı qələbə qazandırıb.
Bu nəticə ilə “Udineze” İtaliya Kubokunda növbəti mərhələyə yüksəlib.
19:58
İtaliya Kubokunun ilkin mərhələsində “Sassuolo” və “Frosinone” komandaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
“Sassuolo”nun heyətində 36-cı dəqiqədə Benjamin Dominqes fərqlənib. “Frosinone” isə fasilə ərəfəsində, 45+2-ci dəqiqədə Aleksa Terziçin qolu ilə hesabı bərabərləşdirib.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən mübarizə penaltilər seriyasında davam edib. Burada “Sassuolo” daha dəqiq olub – 4:3.
