İrlandiya ilə oyunda penaltini qaçıran Ronaldudan PAYLAŞIM

Xəbərlər
12 Oktyabr 2025 10:46
40
İrlandiya ilə oyunda penaltini qaçıran Ronaldudan PAYLAŞIM

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı oyundan (1:0) sonra sosial şəbəkə hesabında paylaşım edib.

İdman.biz xəbər verir ki, 40 yaşlı hücumçu qələbədən sonra sevincini qısa ifadə edib.

Ulduz futbolçu yalnız qarşıdakı oyunlara fokuslanmağın vacibliyini vurğulayıb: “Daha bir addım atıldı! İrəli!”

Xatırladaq ki, Ronaldo görüşün 75-ci dəqiqəsində penaltidən yararlana bilməyib. Buna baxmayaraq, meydan sahibləri qarşılaşmanın taleyini Ruben Neveşin 90+1-ci dəqiqədə vurduğu qolla həll ediblər.

Bu nəticədən sonra Portuqaliya 3 oyundan 9 xal toplayaraq F qrupuna başçılıq edir. İrlandiya isə 1 xalla 4-cü pillədə qərarlaşıb.

Növbəti turda, oktyabrın 14-də, portuqaliyalılar evdə Macarıstanla, irlandlar isə öz meydanlarında Ermənistanla qarşılaşacaqlar.

İdman.Biz