Nadir Nəbiyev: “Yəqin ki, heç kim Fransa millisini məğlub edəcəyimizi gözləmir”

Xəbərlər
10 Oktyabr 2025 17:26
27
Nadir Nəbiyev: “Yəqin ki, heç kim Fransa millisini məğlub edəcəyimizi gözləmir”

“Millimizin Ukrayna ilə əzmkar oyunla qazanılan bir xalından sonra bu cür təyinatın olacağını gözləyirdim”.

Azərbaycan milli komandasının sabiq hücumçusu Nadir Nəbiyev sportal.az saytına açıqlama verib.

O, yığma komandamıza Ayxan Abbasovun baş məşqçi təyin olunmasına münasibət bildirib: “Millimizin Ukrayna ilə əzmkar oyunla qazanılan bir xalından sonra bu cür təyinatın olacağını gözləyirdim. Ukrayna ilə oyun göstərdi ki, Ayxan müəllim bir gündə milli komandada uğurlu dəyişiklik edə bildi. Növbəti matçlarda millinin xallar qazanacağına inanıram. Ona və milliyə uğurlar arzulayıram”.

Yığma komandamızın hücumçularından olmuş Nəbiyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Fransaya qarşı keçiriləcək görüşdən gözləntilərini də bölüşüb: “Yəqin ki, heç kim Fransa millisini məğlub edəcəyimizi gözləmir. Mən milli komandadan yaxşı oyun gözləyirəm, demirəm Fransanı məğlub edəcəyik, amma böyük hesab heç ağlımdan keçmir. O vaxtki milli ilə indikini müqayisə edə bilmərəm. Ancaq həmin vaxtda olan bəzi güclü futbolçu indi yoxdur”.

İdman.Biz