“İnter” qocaman müdafiəçiləri ilə vidalaşacaq: Heyətə “təzə qan” qatmağa ehtiyac yaranıb

Xəbərlər
9 Oktyabr 2025 13:37
32
“İnter” qocaman müdafiəçiləri ilə vidalaşacaq: Heyətə “təzə qan” qatmağa ehtiyac yaranıb

İtaliyanın “İnter” klubu 2026-cı ilin yayında müdafiə xəttində ciddi yenilənmə aparmağı planlaşdırır.

İdman.Biz xəbər verir ki, “qara-göylər” eyni vaxtda üç təcrübəli futbolçusu - Françesko Açerbi (37 yaş), Matteo Darmian (35) və Stefan de Vrey (33) ilə yollarını ayıracaq.

Hər üç müdafiəçinin müqaviləsi başa çatmaq üzrədir və klub onları yeniləmək niyyətində deyil. “İnter” rəhbərliyi artıq gəncləşmə siyasətini seçib. Bu kursa yeni baş məşqçi təyinatından sonra start verilib.

Xatırladaq ki, mövsümöncəsi komandaya Kristian Kivu rəhbər gətirilib. O, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna yollanan Simone İnzagini əvəz edib.

Hazırda A Seriyasında altı turdan sonra “İnter” 12 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Bütün baş verənlər onu deməyə əsas verir ki, Kristian Kivu komandada uzunmüddətli layihə qurmaq niyyətindədir. Müdafiə xəttinə yeni, “təzə qan”ın gətirilməsi isə bu yenilənmə prosesinin ilk addımı olacaq.

İdman.Biz

Məqalədə: