III MDB Oyunları: Futbol üzrə yarışlarda üçüncü və beşinci yerin sahibləri müəyyənləşib

Xəbərlər
3 Oktyabr 2025 17:34
33
III MDB Oyunları: Futbol üzrə yarışlarda üçüncü və beşinci yerin sahibləri müəyyənləşib

III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda daha iki görüş baş tutub.

İdman.biz xəbər verir ki, 5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.

Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.

Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.

İdman.biz