“Mançester Yunayted” Matetanı yalnız bir şərtlə transfer edə bilər

28 Avqust 2026 21:38
82
“Mançester Yunayted” Matetanı yalnız bir şərtlə transfer edə bilər

İngiltərənin “Mançester Yunayted” futbol klubu “Kristal Pelas”ın hücumçusu Jan-Filip Mateta ilə maraqlanır.

İdman.Biz “Caught Offside”-a istinadən xəbər verir ki, Mançester təmsilçisi 29 yaşlı forvard üçün rəsmi təklif göndərməyəcək. Bunun üçün əvvəlcə Coşua Zirkszee və ya Markus Reşforddan birinin komandadan ayrılması lazımdır.

Mateta ilə “Tottenhem”, “Qalatasaray” və “Aston Villa”nın da maraqlandığı bildirilir.

Fransalı hücumçu ötən mövsüm bütün turnirlərdə 50 oyunda 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Transfermarkt” portalı Matetanın bazar dəyərini 30 milyon avro (təxminən 59,4 milyon manat) qiymətləndirir.

İdman.Biz