İtaliyanın “Yuventus” futbol klubunun yarımmüdafiəçisi Fabio Miretti karyerasını Türkiyədə davam etdirəcək.
İdman.Biz Turin klubunun saytına istinadən xəbər verir ki, 23 yaşlı italiyalı futbolçu mövsümün sonuna qədər “Beşiktaş”a icarəyə verilib.
Qeyd edək ki, Miretti “Yuventus”un yetirməsidir. O, ötən mövsüm Turin klubunun heyətində 31 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
