“Arsenal” “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etməyə yaxınlaşsa da, argentinalı futbolçu üçün mübarizəyə “Mançester Siti” də qoşulub.
İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, Alvaresin “Barselona”ya keçidi ilə bağlı variantın arxa plana keçməsindən sonra onun ətrafı “Arsenal”la razılaşmanı yenidən gündəmə gətirib. Argentinalı jurnalistlərin məlumatına görə, London klubu hücumçunu heyətinə qatmağa getdikcə daha yaxın görünür.
Bununla belə, “Mançester Siti”nin də son saatlarda transfer üçün hərəkətə keçdiyi bildirilir. İngiltərə klubu Alvaresi iki il əvvəl “Atletiko”ya 90 milyon avroya satmışdı.
View this post on Instagram
