Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.
İdman.biz xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53-cü dəqiqədə), Əli Bəşirov (70 və 75-ci dəqiqələr) və Roman Fərzəli (79-cu dəqiqə) rəqib qapısından keçiriblər.
U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
11:14
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında bu gün ikinci oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 12:00-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edib.
