“Mançester Siti” Əlcəzair millisinin və “Bayer”in hücumameylli yarımmüdafiəçisi İbrahima Maza ilə maraqlanır.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Florian Plettenberq X sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, hazırda klublar arasında heç bir əlaqə olmayıb. “Bayer” 20 yaşlı yarımmüdafiəçini saxlamaq niyyətindədir.
Maza bu mövsüm bütün turnirlərdə 38 oyunda meydana çıxıb, beş qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.
