AFFA I Liqanın iki komandasını CƏRİMƏLƏDİ

Xəbərlər
29 Sentyabr 2025 16:51
33
AFFA I Liqanın iki komandasını CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi I Liqada mübarizə aparan iki klubu cərimələyib.

İdman.biz xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul edilib.

III turun “Baku Sportinq” - “Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə meydan sahibi klub 600 manat cərimələnib.

Eyni turun MOİK – “Zaqatala” görüşündə isə qonaq komandanın nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmayıb. “Zaqatala” bu səbəbdən 300 manat ziyana düşüb.

İdman.biz