Sablyaçıların Afina sınağı

Xəbərlər
26 Fevral 2024 18:43
Sablyaçıların Afina sınağı

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan yığması martın 1-3-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək Dünya kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarış Paris-2024 Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.

Millinin heyətində 6 qılıncoynadan yer alıb. Anna Başta, Sabuna Kərimova, Sevil Bünyatova, Valeriya Bolşakova, Polina Kaspiaroviç və Zərifə Hüseynova qələbə uğrunda yarışacaqlar. Yığma turnirin son günündə komanda yarışlarında da mübarizə aparacaq.

Qeyd edək ki, Limada keçirilən mövsümün ilk yarışında Azərbaycan yığmasının üzvü Anna Başta 1/8 finala kimi irəliləyib.

İdman.biz