Dünən axşam qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi finalda Özbəkistan yığmasını məğlub edərək İslam Oyunlarında qızıl medal qazandı.
İdman.Biz bu uğuru şərh etmək üçün Azərbaycan millisinin baş məşqçisi Çingiz Mustafayevə müraciət edib.

“Mən sizə bir söz deyim, necə pafoslu səslənsə də, biz Ər-Riyada məhz qızıl üçün gəlmişdik. Mən bilirdim ki, məhz bizim qadın qılıncoynadan komandamız İslam Oyunlarının çempionu ola bilər - bu, qızıl medal üçün yeganə şansımız idi və biz ondan istifadə etdik. Şəxsi yarışlarda bunu bacarmadıq.
Yeganə narahatlığım hakimlik idi. Təsəvvür belə edə bilməzsiniz ki, nələrdən keçdik! Təkcə finalda hakim bizə beş-altı zərbəni hesaba almadı. Amma mən komandama inanırdım və bilirdim ki, qızlar nə olur-olsun, öhdəsindən gələcəklər!” - deyə Çingiz müəllim bildirib.
Vüqar Vüqarlı
