Qılıncoynatma üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib - FOTO

23 Noyabr 2026 12:44
71
Qılıncoynatma üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib - FOTO

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə gənclər arasında ölkə birinciliyi başa çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) məlumat yayıb.

Yarışda sablya və şpaqa növləri üzrə qızlar və oğlanlar arasında fərdi mübarizənin qalib və mükafatçıları müəyyənləşib.

Sablya
Qızlar

1. Leyla Əhmədova
2. Valentina Zeynalova
3. Cahan Sadıxova, Ayan Ağasıyeva

Oğlanlar
1. Abbas Hüseynov
2. Rəsul Əliyev
3. Timur Husnaddinov, İmran Qarayev

Şpaqa
Qızlar

1. Xədicə Həsənli
2. Mirnuray Abasova
3. Aynur Quliyeva, Nəzrin Mehdiyeva

Oğlanlar
1. Osman Məmmədov
2. Mirxətai Məmmədov
3. Oruc Misirzadə, Emin Səfərbəyov

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə AQF-nin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçıları diplom və medallarla təltif olunublar.

İdman.Biz