III MDB Oyunları: Azərbaycan qılıncoynadanları günü bir medalla başa vurublar - YENİLƏNİB + FOTO

Xəbərlər
6 Oktyabr 2025 16:36
52
III MDB Oyunları: Azərbaycan qılıncoynadanları günü bir medalla başa vurublar - YENİLƏNİB + FOTO

Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında günü bir medalla başa vurublar.

İdman.biz xəbər verir ki, Mirxətai Məmmədov yarımfinalda Roman Selyutinə (Rusiya) uduzub.

O, şpaqa üzrə yarışda bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın üç qadın qılıncoynadanı bürünc medal qazanmışdı.

15:31

Azərbaycan III MDB Oyunlarında daha bir bürünc medalı təmin edib.

İdman.biz xəbər verir ki, buna səbəb şpaqa növündə mübarizə aparan ölkə təmsilçiləri Mirxətai Məmmədov və Vahab Fətullayev 1/4 finalda bir-birlərinə rəqib olmasıdır.

İki qılıncoynadandan biri yarımfinala yüksələcəyi üçün Azərbaycan daha bir medalı təmin edib.

Digər qılıncoynadan Misirzadə Oruc isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.

İdman.biz