Azərbaycan sablya komandası III MDB Oyunlarında bürünc medal qazandı

4 Oktyabr 2025 14:37
290
Azərbaycan sablya komandası III MDB Oyunlarında bürünc medal qazandı

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət millimiz 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinalda Rusiya komandasına rəqib olub.

Sablyaçılarımız yarımfinalda rəqibinə 32:45 hesabı ilə uduzub, amma bürünc medal əldə edib.

İdman.Biz