Mövsümə Qobustanda start verilib - FOTO

Xəbərlər
5 Mart 2024 16:09
Mövsümə Qobustanda start verilib - FOTO

Şose velosipedi üzrə mövsümün açılış yarışı keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Qobustan qoruğunun ərazisində baş tutan turnirdə ümumilikdə 97 idmançı iştirak edib.

Fərdi ötüşmə növündə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 15 km, 15 və 17 yaşadək oğlanlar, həmçinin qadınlar 10 km, qrup ötüşməsində isə 15 yaşadək oğlanlar 30 km, 17 yaşadək oğlanlar isə 36 km məsafə qət ediblər.

Fərdi ötüşmə növü üzrə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Maksim Polikarpov (ROEQİUGVM, 25.50.03), 17 yaşadək oğlanların yarışında Rəşad Əliyev (ROEQİUGVM, 16.41.55), 15 yaşadək oğlanların mübarizəsində Röyal Aslanov (ROEQİUGVM, 18.58.30), qadınlar arasında isə Milanə Xəlilova (ROEQİUGVM, 20.01.49) birinci yerə layiq görülüblər.

Qrup ötüşməsi növü üzrə isə 17 yaşadək oğlanlar arasında Rəşad Alıyev (ROEQİUGVM, 1.02.25), 15 yaşadək oğlanların mübarizəsində Ümid İsmayılov (ROEQİUGVM, 59.07) birinci yerdə qərarlaşıblar.

Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

İdman.biz

Məqalədə: