Velosiped idmanı üzrə tanınmış ispaniyalı-kolumbiyalı Oskar Sevilla Boqotada silahlı soyğunun qurbanı olub.
İdman.Biz xəbər verir ki, 49 yaşlı “Team Medellín EPM” üzvü Autopista Norte ərazisində məşq edərkən motosikletlə hərəkət edən iki silahlı şəxs tərəfindən saxlanılıb. Hücum edənlər onun mobil telefonunu götürüblər, lakin velosipedini apara bilməyiblər. Sevilla hadisə zamanı xəsarət almayıb.

Velosipedçi və komandası hadisədən sonra təhlükəsizlik vəziyyətini tənqid edib. Sevilla yaxınlıqda polis patrulunun olmasına baxmayaraq, lazımi kömək göstərilmədiyini bildirib.
Qeyd edək ki, Sevilla 2018-ci ildə də Boqotada soyğuna məruz qalıb. Həmin vaxt onun velosipedi və telefonu oğurlanıb, özü isə qolundan sınıq xəsarəti alıb.

