Portuqaliyalı motosikletçi Mərakeşdə keçirilən yarışda faciəli şəkildə ölüb - FOTO

Xəbərlər
18 Oktyabr 2025 10:52
36
Portuqaliyalı motosikletçi Mərakeşdə keçirilən yarışda faciəli şəkildə ölüb - FOTO

Portuqaliyalı motosikletçi Jorje Brandau Mərakeş rallisinin sonuncu - beşinci mərhələsində baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Təşkilatçıların açıqlamasına əsasən, Mərakeş rallisinin Ərfud ətrafında keçirilən beşinci mərhələsində ikinci dəfə yarışda iştirak edən Brandau 214-cü kilometrdə qum təpələrində qəza keçirib. O, dərhal tibbi helikopterlə Ərfud xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd olunur ki, “Old Friends Rally Team” komandasının üzvü olan Brandau 47 yaşında idi.

İdman.Biz