Şahmat üzrə Dünya kubokunun yeri və vaxtı dəqiqləşib - VİDEO

Xəbərlər
26 Avqust 2025 22:54
129
Şahmat üzrə Dünya kubokunun yeri və vaxtı dəqiqləşib - VİDEO

Şahmat üzrə 2025-ci ildə keçiriləcək Dünya kubokunun yeri və vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, yarış oktyabrın 20-dan noyabrın 27-dək Hindistanın Qoa şəhərində təşkil ediləcək.

Turnirin mükafat fondu 2 milyon ABŞ dolları təşkil edəcək. Planetin 206 şahmatçısı yüksək yerlər uğrunda mübarizə aparacaq. Ölkəmizi Dünya kubokunda Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Read Səmədov və Əhməd Əhmadzadə təmsil edəcəklər.

İdman.biz