“Vüqar Həşimov Memorial”ında Polşa təmsilçisini hindistanlı əvəzləyəcək

Xəbərlər
27 Noyabr 2023 13:39
131
“Vüqar Həşimov Memorial”ında Polşa təmsilçisini hindistanlı əvəzləyəcək

Qəbələnin ev sahibliyi ilə keçiriləcək “Vüqar Həşimov Memorialı”nda iştirakçıların siyahısında dəyişiklik olub.

İdman.biz xəbər verir ki, Polşa təmsilçisi Yan-Kşiştof Duda Təşkilat Komitəsinə səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müraciət ünvanlayıb.

Onun əvəzinə Hindistan şahmatçısı Arjun Eriqaisi ilk dəfə “Vüqar Həşimov Memorialı”na dəvət olunub.

14 yaşında beynəlxalq qrossmeyster olan Arjun Eriqaisi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır. Şahmatçı ötən il Sinqapurdan olan şirkətlə 1,5 milyon dollarlıq sponsor müqaviləsi imzalamaqla diqqət çəkib.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 8-11-də təşkil olunacaq.

İdman.biz