Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi təşkil olunub.
İdman.Biz xəbər verir ki, konqresdə qurumun rəhbər vəzifələrinə seçkilər keçirilib.
Sentyabrın 26-da FIDE-nin yeni prezidenti müəyyənləşib. Gərgin mübarizənin ikinci turunda Timur Turlov 110 səs toplayaraq seçkidə qalib gəlib və növbəti dörd il müddətinə ali şahmat qurumunun prezidenti seçilib.
Bu gün isə digər rəhbər vəzifələr üzrə seçkilər və təyinatlar rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti dörd il müddətinə FIDE-nin vitse-prezidenti seçilib.
Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib. O, 2022-ci ildə ikinci dəfə bu vəzifədə fəaliyyətini davam etdirmək hüququ qazanıb. Beləliklə, Azərbaycan Şahmat Federasiyasının rəhbəri üçüncü dəfə FIDE-nin vitse-prezidenti postuna seçilib.
Qeyd edək ki, Mahir Məmmədov FIDE prezidenti vəzifəsinə keçirilən seçkilər barədə danışarkən İdman.Biz-ə açıqlamasında bu qədər gərgin və mürəkkəb seçki olmadığını söyləyib.
