Azərbaycanlı şahmatçı Fransada ilk 10-а düşməyə çalışır

Xəbərlər
25 İyul 2025 15:32
51
Azərbaycanlı şahmatçı Fransada ilk 10-а düşməyə çalışır

Aydın Süleymanlı Fransada keçirilən turnirdə çıxışını davam etdirir.

İdman.biz xəbər verir ki, o, Eks-an-Provans şəhərində keçirilən 13-cü şahmat festivalında iştirak edir.

Azərbaycanlı şahmatçı 295 iştirakçının, o cümlədən 57 qrossmeysterin mübarizə apardığı “Masters” kateqoriyasında yarışır.

Altı turdan sonra Süleymanlı 4,5 xal toplayaraq ilk 15-likdə qərarlaşıb.

O, lider olan Ukrayna şahmatçısı Pavel Elyanovdan bir xal geri qalır.

9 turdan ibarət olacaq turnir İsveçrə sistemi üzrə keçirilir.

İdman.biz