Abu Dabidə "Masters" Beynəlxalq Şahmat Festivalı başa çatıb.
İdman.biz-in məlumatına görə, burada bir sıra azərbaycanlı şahmatçılar, o cümlədən qrossmeyster Aydın Süleymanlı iştirak edib. Doqquz turdan sonra o, 6 xal toplayıb və on ikinci yeri tutub. Süleymanlı Özbəkistan yığmasının heyətində olimpiya çempionu Cavoxir Sindarovu qabaqlayıb. Hər ikisi eyni sayda xal toplasa da, Süleymanlı ən yaxşı əlavə göstəricilərə malik olub.
Aydından yarım xal geri qalan digər azərbaycanlı şahmatçılar - Xəzər Babazadə (29-cu yer) və Vüqar Manafov (31-ci yer) olub.
Turnirin qalibi Sloveniya yığmasında çıxış edən Vladimir Fedoseyev olub. Onun 7 xalı var.
Ümumilikdə yarışda 24 ölkədən 145 oyunçu iştirak edib.
Nicat Zəkiyev
İdman.biz