Honq Konqda FIDE-nin rapid və blits üzrə komandalararası dünya çempionatına yekun vurulub.
İdman.Biz xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən “Odlar Yurdu” komandası rapid turnirində 7-12-ci yerləri bölüşüb. Komandamız blits yarışında isə 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Buna baxmayaraq, “Odlar Yurdu”nun üzvü Vüqar Manafov fərdi nəticəsi ilə fərqlənib. Şahmatçımız altıncı lövhədə ən yüksək göstəriciyə imza ataraq qızıl medala layiq görülüb.
Qeyd edək ki, FIDE-nin rapid və blits üzrə komandalararası dünya çempionatı 16-22 iyunda Honq Konqda keçirilib.
