Şəhriyar Məmmədyarov Daşkənddə qələbəyə yaxındır - İDMAN.BİZ-in İCMALI

15 İyun 2026 11:55
124
Şəhriyar Məmmədyarov Daşkənddə qələbəyə yaxındır - İDMAN.BİZ-in İCMALI

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Daşkənddə keçirilən “UzChess Cup” şahmat festivalının “Masters” turnirində birincilik uğrunda mübarizəni davam etdirir.

İdman.Biz xəbər verir ki, son tur ərəfəsində Məmmədyarov 4,5 xal toplayaraq rusiyalı Yan Nepomnyaşi ilə birlikdə 3-4-cü yerləri bölüşür. Əlavə göstəricilərə görə azərbaycanlı şahmatçı rəqibini qabaqlayır. O, liderlər – özbəkistanlı Şəmsiddin Vahidov və Muxiddin Madaminovdan yarım xal geri qalır.

Qeyd edək ki, Məmmədyarov son üç turda uğurlu çıxış edib. O, yunanıstanlı Nikolaos Teodoru və özbəkistanlı Nodirbek Yakubboev üzərində qələbə qazanıb, Vahidovla isə heç-heçə edib. Son turda onun rəqibi Nepomnyaşi olacaq. Turnirin qalibi olmaq üçün Şəhriyar öz partiyasını qazanmalı və liderlərin xal itirməsinə ümid etməlidir.

Festival çərçivəsində keçirilən ikinci ən nüfuzlu “Challenge” turnirində isə Azərbaycan şahmatçısı Məhəmməd Muradlı vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. O, səkkiz turdan sonra 8 mümkün xaldan 7-ni toplayıb.

Ən yaxın izləyicilərindən 2,5 xal öndə olan Muradlı turnir boyu üstün oyun nümayiş etdirib. Onun hesabında 6 qələbə və 2 heç-heçə var.

Digər Azərbaycan təmsilçisi Eltac Səfərli isə 3 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

İdman.Biz