Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Daşkənddə keçirilən nüfuzlu UzChess Cup beynəlxalq turnirində dördüncü yeri tutub.
İdman.Biz-in məlumatına görə, Azərbaycan şahmatının lideri Masters qrupunda dördüncü yeri tutub.
Məhəmməd Muradlı daha uğurlu çıxış edərək Challengers qrupunda qalib gəlib. Eltac Səfərli də həmin qrupda doqquzuncu yeri tutub.
Yarışın nəticələrinə görə, Azərbaycan şahmatçıları ümumilikdə 14.800 dollar mükafat qazanıblar. Məmmədyarov Masters turnirində dördüncü yerə görə 8.000 dollar, Muradlı Challengers turnirində qalib gələrək 6.000 dollar, Səfərli isə hesabına 800 dollar əlavə edib.
Beləliklə, Azərbaycan təmsilçiləri Özbəkistanın paytaxtında keçirilən turnirdə yüksək nəticələr əldə etməklə yanaşı, həm də mükafat pulu baxımından ən uğurlu iştirakçılar arasında yer alıblar.
