Monteneqronun Budva şəhərində keçiriləcək şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulub.
İdman.biz xəbər verir ki, qadınlardan ibarət Azərbaycan yığması tarixi uğura imza atıb.
Son iki Avropa çempionatında üçüncü olan millimiz bu dəfə gümüş medal qazanıb. Yığma keçirdiyi 9 görüşdə 7 qələbə qazanıb, 1 dəfə heç-heçə oynayıb və 1 dəfə məğlub olub. Şahmatçılarımız yeganə məğlubiyyəti Avropa çempionu Bolqarıstandan alıblar. Uğur qazanan komandamızın şərəfini Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Xanım Balacayeva qoruyublar.
Qeyd edək ki, Azərbaycan yığması 1992, 2019 və 2021-ci illərdə Avropa çempionatının bürünc medallarını qazanıb.
İdman.biz