Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün II turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, bir öncə Danimarkaya məğlub olan kişilərdən ibarət yığma Slovakiyaya qalib gəlib.
Matç 2,5:1,5 hesabı ilə yekunlaşıb. Dörd lövhənin üçündə heç-heçə qeydə alınıb, yalnız Rauf Məmmədov Viktor Qaziki məğlub edib.
Qadınlardan ibarət Azərbaycan millisi isə ardıcıl ikinci oyunda qələbə qazanıb. İlk görüşdə Sloveniyaya qalib gələn komandamız II turda Niderlanddan güclü olub.
Avropa çempionatı
II tur
Kişilər
Slovakiya - Azərbaycan - 1,5:2,5
Jerqus Pehaç - Teymur Rəcəbov - 0,5:0,5
Viktor Qazik - Rauf Məmmədov - 0:1
Yuraş Druzka - Nicat Abasov - 0,5:0,5
Filip Harinq - Vasif Durarbəyli - 0,5:0,5
Qadınlar
Azərbaycan - Niderland - 2,5:1,5
Günay Məmmədzadə - Elin Roebers - 0,5:0,5
Gövhər Beydullayeva - Maçteld Van Forest - 0:1
Xanım Balacayeva - Tea Lançava - 1:0
Gülnar Məmmədova - Anna-Maya Qazaryan - 1:0
Qeyd edək ki, yarışın qalibi 9 turun yekununa əsasən bəlli olacaq.
İdman.biz