Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşib

Xəbərlər
21 Avqust 2023 19:46
101
Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşib

Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

İdman.biz-in məlumatına görə, 28 yaşlı qrossmeyster Fabiano Karuana (ABŞ) ilə görüşəcək. Karuana yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olub (2,5:3,5). Hindistanlı finalda norveçli Maqnus Karlsenlə oynayacaq.

Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də baş tutacaq.

Xatırladaq ki, Nicat Abasov yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.

İdman.biz