Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Süleymanlıdan Niderlandda 3-cü qələbə - İdman və Biz

Süleymanlıdan Niderlandda 3-cü qələbə

Xəbərlər
27 Yanvar 2025 11:55
163
Süleymanlıdan Niderlandda 3-cü qələbə

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" turniri davam edir.

İdman.biz xəbər verir ki, “Challengers” yarışının 8-ci turunda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Fransisko Oro (Argentina) üzərində qələbə qazanıb.

Üçüncü rəqibini məğlub edən qrossmeysterimiz xallarını 5-ə yüksəldib və ilk "üçlük"də qərarlaşıb. O, lider Tay Nquyendən (Çexiya) bir xal geri qalır.

Qeyd edək ki, bu gün istirahət edən şahmatçılar sabah IX turu oynayacaqlar. Aydın Süleymanlı qazaxıstanlı Kazıbek Noqerbeklə qarşılaşacaq.

İdman.biz