Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
İdman.biz xəbər verir ki, İordaniya, Finlandiya və Moldova üzərində qələbə ilə başlayan Azərbaycanın kişilərdən ibarət yığması IV turda Monteneqro üzərində qələbə qazanaraq uğurlu seriyasını davam etdirib. Bununla da kişi şahmatçılarımız 8 xal toplayıb
45-ci Şahmat Olimpiadası
IV Tur, 14 sentyabr
Kişilər
Monteneqro - Azərbaycan 1:3
Denis Kadriç – Aydın Süleymanlı - 0:1
Nikita Petrov – Nicat Abasov - 0,5:0,5
Nikola Djukiç – Rauf Məmmədov - 0,5:0,5
Luka Draskoviç – Şəhriyar Məmmədyarov - 0:1
Turnir cədvəli: 1. Hindistan, 2. ABŞ, 3. Özbəkistan - hər biri 6 xal, 6. Azərbaycan – 8 xal.
Nikaraqua və Avstraliyanı üstələyən, Argentina ilə isə heç-heçə edən qadınlardan ibarət yığma Sloveniyanı darmadağın edib. Şahmatçılarımızın 7 xalı var.
Qadınlar
Sloveniya – Azərbaycan 0,5:2,5
Laura Unuk – Günay Məmmədzadə - 0:1
Zala Urx – Ülviyə Fətəliyeva - 0,5:0,5
Lara Yanjels – Gövhər Beydullayeva - 0:1
Teya Vidiç – Gülnar Məmmədova - 0,5:0,5
Turnir cədvəli: 1. ABŞ - 6 xal, 2. İspaniya - 6 xal, 3. İngiltərə - 6 xal, 20. Azərbaycan – 7 xal.
İdman.biz