Dünya çempionatında şahmatçılarımız üçün uğurlu gün

Xəbərlər
5 İyun 2024 11:54
166
Dünya çempionatında şahmatçılarımız üçün uğurlu gün

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında 3-cü turun partiyaları oynanılıb.

İdman.biz xəbər verir ki, hesabat turunda şahmatçımız Ayan Allahverdiyeva qara fiqurlarla hindistanlı Saparya Qhosu üstələyib.

Qara fiqurlarla mübarizə aparan digər təmsilçimiz Nərmin Abdinova isə yerli şahmatçı Advika Saruprianı məğlub edib. Səbinə Rzalı da 3-cü turda qələbə qazanıb. O, Hasini Kamabathulanı (Hindistan) təslim olmağa məcbur edib.

Qeyd edək ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.

İdman.biz

Məqalədə: