Zeynəb Məmmədyarova karyerasındakı səhvini açıqlayıb - VİDEO

Müsahibə
17 May 2024 12:37
201
Zeynəb Məmmədyarova karyerasındakı səhvini açıqlayıb - VİDEO

“Şahmatla daha çox məşğul olmalı idim”.

Bunu "İdman Bizimlə”nin qonağı olan şahmat üzrə gənclər arasında Avropa və dünya çempionu Zeynəb Məmmədyarova qadın şahmatçıların karyera planlaması haqqında danışarkən deyib.

O bildirib ki, ən yaxşı formasında ailə həyatı qurması səhv addım olub: “Bu gün Ülviyyə Fətəliyevanın otuza yaxın yaşı var. O, bu nəticəni iyirmi yaşında qazanmayıb. Ancaq mən iyirmi iki yaşında ailə qurmuşam. Nəticələrimin ən pik vaxtında ailə qurmağım böyük səhv idi. Düzü, həyatımdan narazı deyiləm. Sadəcə hər şey daha yaxşı ola bilərdi”.

41 yaşlı qrossmeysterin sözlərinə görə, dünya çempionluğuna qədər Məmmədyarovlar ailəsinin şahmatda ən yaxşısı özü olub: “Ancaq ailə qurandan sonra şahmat ikinci plana keçdi. Qardaşım isə şahmata davam elədi. Bu gün nəinki mən, nəinki bacım, dünyada Şəhriyar Məmmədyarovun qarşısında dura bilən şahmatçı yoxdur”.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Azərbaycanın böyüklər arasında ilk Avropa çempionu kimi tarixə düşüb.

Aytac Sahəd
İdman.biz