Lalə Hüseynova AVRO-da liderlər qrupundadır

Xəbərlər
12 Sentyabr 2023 09:11
89
Lalə Hüseynova AVRO-da liderlər qrupundadır

Bir günlük fasilədən sonra Mamayyada (Rumıniya) gənclər arasında şahmat üzrə Avropa çempionatı davam etdirilib.

İdman.biz-in məlumatına görə, 14 yaşadək qızların yarışında Lalə Hüseynova liderlik qrupunda yer almaqda davam edir. Altıncı turda o, Aleksa İordaçe (Rumıniya) ilə bərabərə qalıb və onunla və daha üç şahmatçı ilə liderliyi bölüşür. Onların hərəyə 5 xalı var.

U-18 turnirində Ayan Allahverdiyeva türkiyəli Zeynep Çitfçidən yarım xal geri qalaraq ikincidir.

Gənc oğlanlar arasında keçirilən yarışda Əhməd Xaqan (U-12) və Rüstəm Rüstəmov (U-14) hərəyə 5 xal toplayaraq, müvafiq olaraq üçüncü və ikinci pillələrdə qərarlaşıblar.

Nicat Zəkiyev

İdman.biz