Almaniyalı biznesmenlər FİDE prezidenti olmaq üçün namizədıiklərini irəli sürüblər

26 İyun 2026 18:54
65
Almaniyalı biznesmenlər FİDE prezidenti olmaq üçün namizədıiklərini irəli sürüblər

“Freestyle Chess” turnir seriyasının həmtəsisçisi, alman sahibkar Yan Henrik Büttner Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.

İdman.Biz xəbər verir ki, rusiyalı Arkadi Dvorkoviç bu vəzifəni 2018-ci ildən bəri tutur. Seçkilər sentyabr ayında Səmərqənddə keçiriləcək Baş Assambleyada baş tutacaq.

“Son bir neçə ay ərzində beynəlxalq şahmat icmasının bir çox hörmətli üzvü məni FIDE prezidentliyinə namizəd olmağa çağırdı. Bütün qitələrdən olan nümayəndələrlə geniş müzakirələrdən sonra bu məsuliyyəti öz üzərinə götürməyə qərar verdim”, - “ChessBase” 61 yaşlı Büttnerin sözlərini sitat gətirir.

Daha əvvəl başqa bir alman iş adamı, “WR Chess” layihəsinin təsisçisi Vadim Rozenşteyn FIDE-yə rəhbərlik etmək istəyini açıqlayıb.

“Mən şahmatı sevirəm. O, mənim həyatımı, düşüncə tərzimi və hətta biznesimi qurma tərzimi formalaşdırıb. Şahmat öz əzəmətinə uyğun bir təşkilata layiqdir.

Bu gün FIDE idmanımızın rifahı üçün səylə çalışan bir çox fədakar insanı işə götürür. Lakin təkcə fədakarlıq kifayət deyil. Bizə daha güclü liderlik, peşəkar idarəetmə, daha səmərəli qərar qəbuletmə və gələcəyə dair aydın bir vizyon lazımdır”, - deyə 35 yaşlı Rozenşteyn sosial mediada yazıb.

İdman.Biz