Gənc şahmatçıların mübarizəsi başa çatıb - FOTO

23 İyun 2026 09:40
95
Gənc şahmatçıların mübarizəsi başa çatıb - FOTO

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Şahmat Federasiyasının dəstəyi, LANDAU School-un təşkilatçılığı ilə keçirilən arasında beşinci LANDAU Şahmat Festivalı uğurla yekunlaşıb.

İdman.Biz xəbər verir ki, yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda təşkil olunub.

Beşinci LANDAU Şahmat Festivalı üzrə əsas qalib Yusif Əhədzadə olub. O, 11-18 oktyabr tarixlərində Gəncədə keçiriləcək “Ganja Open 2026” Şahmat Festivalında iştirak hüququ qazanıb. Qalibin yarışla bağlı bütün xərcləri LANDAU School tərəfindən qarşılanacaq. Qeyd edək ki, festivalın əsas qalibi kubok və diplomla təltif olunub.

8 yaş qrupu üzrə qalib qızlar:
Birinci yer: Mahmudova Nərmin
İkinci yer: Əsədli Mələk
Üçüncü yer: Musayeva Nuray

8 yaş qrupu üzrə qalib oğlanlar:
Birinci yer: Mirzəyev Məhəmməd
İkinci yer: Məmmədzadə Kənan
Üçüncü yer: Maqsudsoy Mustafa

10 yaş qrupu üzrə qalib qızlar:
Birinci yer: Tağızadə Əsəl
İkinci yer: Bayramova Mələk
Üçüncü yer: Mehdiyeva Xədicə

10 yaş qrupu üzrə qalib oğlanlar:
Birinci yer: Məmmədrzayev Renat
İkinci yer: İsbatov Tahir
Üçüncü yer: Həsənov Yaşar

12 yaş qrupu üzrə qalib qızlar:
Birinci yer: Hümbətli Xanımzər
İkinci yer: Mehdiyeva Alsu
Üçüncü yer: Məstiyeva Mehin

12 yaş qrupu üzrə qalib oğlanlar:
Birinci yer: Əhədzadə Yusif
İkinci yer: Bulkin Deniel
Üçüncü yer: Nəsibli Amin

Qeyd edək ki, turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 225 yeniyetmə şahmatçı mübarizə aparıb. Festivalın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub. Bütün qalibləri və iştirakçıları təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayırıq.

İdman.Biz