“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub - FOTO

26 İyun 2026 10:40
108
“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub

“Azərbaycan Şahmat Turu” çərçivəsində ikinci yarış olan “Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

“Report” Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki,

Bildirilib ki, doqquz turdan ibarət yarışın A turnirində yeddi xal toplayan Azərbaycan şahmatçısı Vüqar Rəsulov birinci yeri tutub.

Eyni xala malik Murad İbrahimli əlavə göstəricilərə görə ikinci yerlə kifayətlənib. İlk üçlüyü daha bir təmsilçimiz İslam Hacıəliyev (6,5 xal) qapayıb.

B turnirində Emin Gəncəliyev, Məhəmməd Vəliyev (Qazaxıstan) və Vüsal Əhmədov yeddi xal toplayıb. Əlavə göstəricilərə görə Emin Gəncəliyev B turnirinin qalibi adını qazanıb. Qazaxıstan şahmatçısı Məhəmməd Vəliyevlə həmyerlimiz Vüsal Əhmədov iki-üçüncü yerləri bölüşdürüb.

C turnirində səkkiz xala malik Məhəmmədəli Allahverdiyev birinci pillədə qərarlaşıb. Yusif Quliyev yarışı ikinci, Fateh Mirzə isə üçüncü yerdə başa vurub.

Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində İslam Hacıəliyev, blitsdə isə Macarıstan təmsilçisi Sənan Sjugirov birincilik əldə edib.

Xatırladaq ki, “Sheki Open 2026” Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Azərbaycan Şahmat Turu” layihəsinin ikinci turniridir. Yarışda 10 ölkədən 400-dən çox şahmatçı mübarizə aparıb.

“Azərbaycan Şahmat Turu” layihəsində növbəti yarış Lənkəranda olacaq.

İdman.Biz
Məqalədə: