350 min avroluq yeni layihə: Azərbaycan millisi də çıxış edə bilər

Xəbərlər
3 Aprel 2024 11:49
117
350 min avroluq yeni layihə: Azərbaycan millisi də çıxış edə bilər

FIDE yeni layihəyə - rapid və blits üzrə komandalararası dünya çempionatına start verir.

İdman.biz xəbər verir ki, avqustun 1-6-da keçirilməsi nəzərdə tutulan turnirdə Azərbaycan milli komandası da iştirak edə bilər.

FİDE-nin rəhbəri Arkadi Dvorkoviç sürətli şahmat üzrə fərdi dünya çempionatına son illərdə böyük marağın olduğunu və buna görə də ilk belə komanda turnirinin keçirilməsinin qərara alındığını bildirib. Onun sözlərinə görə, Almaniyanın Düsseldorf şəhərində rapid, Qazaxıstanın paytaxtı Astanada isə blits yarışları təşkil olunacaq.

Reqlamentə əsasən, komandada reytinq xalı ən azı 2000-ə malik bir şahmatçı olmalıdır.

Rapid üzrə çempionat 12 turdan, blits isə iki mərhələdən (qrup və pley-off) ibarət olacaq.

Çempionatın mükafat fondu 350 min avrodur. Bunun 100 mini rapiddə, 40 mini isə blitsdə qalib komandaya veriləcək.

Qeyd edək ki, iştirakçı komandaların qeydiyyatı iyulun 1-də başa çatacaq.

Nicat Zəkiyev
İdman.biz

Məqalədə: